featured-image-1

Çoxsaylı istəkləri nəzərə alaraq artıq “ArtCoLab“-da keramika masterklasları keçiriləcək.

Masterklaslarımıza qoşularaq həm özünüz üçün gildən istədiyiniz məhsulu hazırlayırsınız, həm də yüksək keyfiyyətli türk və alman istehsalı boyalar ilə rəngləyirsiniz.

  • Hazırlanmış məhsullar kursumuzda qalır və iki dəfə xüsusi sobalarda pişimə getdikdən sonra ən gec 3 həftəyə tam hazır formada Sizə təhvil verilir.
  • Masterklaslarımızın müddəti 2 saatdır. Bu müddət ərzində həm formanı hazırlayıb, həm də rəngləyirsiniz.
  • Bütün materiallar kursumuz tərəfindən təmin olunur.
  • Dərslərimiz həm aylıq, həm də günlük masterklaslar şəklində keçirilir. Yaş həddi olmadan hər kəs iştirak edə bilər.
  • Ödəniş olunduqdan sonra adınızı seçdiyiniz tarixə qeyd alınırsız. Ödənişlər geri qaytarılmır.
  • Qruplar maksimum 7-8 nəfərlik olacaq.

Bənzər xəbərlər