“ArtCoLab” Rəssamlıq Kursu “ArtCoLab” Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva tərəfindən 5 fevral 2019-cu il tarixində təsis edilib.
“ArtCoLab” öz fəaliyyətinə start verdiyi gündən keçən müddət ərzində günbəgün inkişaf potensialın, xidmət səviyyəsin yüksəldərək əmin addımlarla yoluna davam edir.
“ArtCoLab” müxtəlif yaradıcılıq istiqamətlərində gənclərə peşəkar tədris proqramları, şəxsi inkişaf və ya terapiya üçün emalatxana çalışmaları, yaradıcı gənclər üçün co-working space imkanları təqdim edən, yaradıcılıq istiqamətinə fokuslanmış çox vektorlu platformadır.
Böyük qürur hissi ilə qeyd edə bilərik ki, hər il “ArtCoLab”-ın tədris proqramları vasitəsi ilə ali təhsil müəssisələrinin qabiliyyət imtahablarına hazırlaşan abituriyentlərin uğurlu nəticələri faiz nistəbi ilə 100%-dir.
“ArtCoLab” həyata keçirdiyi sosial layihələr, ustad dərsləri, sərgilər və xeyriyyə tədbirləri ilə hər zaman cəmiyyətə faydalı bir platforma olmağa çalışır.
Çinarə Quliyeva on ilə yaxındır peşəkar rəssam kimi fəaliyyət göstərir. Yaradıcılıq sahəsi üzrə baza təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəntkarlıq istiqaməti üzrə almaqla yanaşı həmçinin ABŞ-ın Şimali Miçiqan Universitetinin İncəsənət və Dizayn Məktəbində “Xüsusi istedadlar proqramı”nı müvəffəqiyyətlə bitirib.
Berlin, Moskva, Kiyev və Lvov şəhərlərində ustad dərslərində iştirak edib. Müxtəlif müsabiqələrin mükafatçısı olub, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gözəlliyin ruhu” və “Azərbaycan anime sərgisi” adlı sərgilərdə iştirak edib və fərqlənmə diplomları ilə təltif edilib. Habelə bir çox beynəlxalq cə yerki sərgilərdə iştirak edib, 9-10 mart 2019-cu ildə ilk fərdi sərgisi olan “Gözəlliyin ruhu” adlı sərgisi Bakı şəhərində işıq üzü görüb.
Hər il gənc rəssamların kəşf edilməsi və əl işlərinin cəmiyyətə tanıdılmasına məqsədi ilə həyata keçirilməsi planlanan “Başla!” gənc rəssamların qrup sərgisi layihəsinin layihə müəllifidir. İlk sərgi 29-30 mart 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilib.